Polislər bu gün yollarda… - Video

19:55 - 17 May 2026 - GÜNDƏM

 Polislər bu gün yollarda… - Video

Bu gün Bakıda normadan artıq yağışlı hava şəraiti müşahidə olunub. Yağışlı hava Bakıda Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış gününə təsadüf etsə də, ictimai asayişin fasiləsiz qorunması təmin edilib.

BUTA.TV” xəbər verir ki, hava şəraiti səbəbindən əsas güc polislərin üzərinə düşüb.

Belə ki, yağıntı səbəbindən yaranan nəqliyyat sıxlığının aradan qaldırılması, tədbir iştirakçılarının təhlükəsiz və rahat hərəkəti üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparıblar.

Yerüstü və yeraltı piyada keçidlərinə, giriş-çıxış istiqamətlərinə, eləcə də, nəqliyyat vasitələrinin parklanmasına nəzarət gücləndirilib. Tədbir iştirakçılarına istiqamətvermə, BOS ərazisinə buraxılış və hərəkətin tənzimlənməsi istiqamətində zəruri dəstək göstərilib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan 12 xalı bu ölkəyə verdi

İntensiv yağışın fəsadlarının qarşısının alınması məqsədilə koordinasiyalı fəaliyyət həyata keçirilib, suyun kənarlaşdırılması, təxliyə və xilasetmə tədbirlərinə dəstək üçün bütün mümkün vasitələrdən istifadə olunub.

Görülən qabaqlayıcı və operativ tədbirlər nəticəsində tədbir müddətində ictimai qayda, təhlükəsizlik və hərəkətin fasiləsizliyi təmin edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol