Ukraynada prezident seçkiləri bu tarixdə keçirilə bilər

13:34 - 20 May 2026 - GÜNDƏM

 Ukraynada prezident seçkiləri bu tarixdə keçirilə bilər

Gələn il Ukraynada prezident seçkiləri keçirilə bilər.

BUTA.TV” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisinin müşaviri Mixail Podolyak bildirib.

“Ukraynada seçkilər müəyyən şərtlər daxilində 2027-ci ilin yazında keçirilə bilər. Əgər sülh razılaşması əldə olunarsa, hadisələrin bu cür inkişaf perspektivi mümkündür”, - o qeyd edib.

M.Podolyak vurğulayıb ki, seçkilərin keçirilməsi nə bu ilin yazında, nə də payızında mümkündür. Yalnız daimi atəşkəsdən üç ay sonra seçkilərlə bağlı prosedurlara başlanıla bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol