Güney Azərbaycandan olan milli-mədəni fəallar Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücumla bağlı həmrəylik çağırışı ediblər.
BUTA.TV xəbər verir ki, çağırışda yanvarın 29-u yerli vaxtla saat 17:00-da Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki konsulluğu qarşısına toplaşaraq çələnglər qoyub, şam yandırmaq təklif edilib.
"Bu vasitə ilə Azərbaycan Respublikası və Arazın quzeyində yaşayan soydaşlarımızla həmrəy olduğumuzu bildirib, Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zamanı həyatını itirən soydaşımızın xatirəsini anacağıq", - çağırışda qeyd olunub.
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü