İran Müdafiə Nazirliyi yanvarın 28-i gecə saat 23:30-da İsfahanda yerləşən hərbi obyektə dron hücumu ilə bağlı bəyanat yayıb.
BUTA.TV xəbər verir ki, bəyanatda dron hücumu təsdiqlənib və hadisə nəticəsində insan itkisinin olmadığı, sursat istehsal edən zavoda cüzi xəsarət dəydiyi iddia olunub.
Ancaq İran Radio və Televizya Şirkətinin saytı, İsfahan Böhran İdarəetmə Mərkəzi və yerli şahidlər zavodda 4 dəfə güclü partlayış olduğunu bildiriblər.
Yerli sosial şəbəkə istifadəçiləri hadisə baş verən ərazinin polis və xüsusi təyinatlılar tərəfindən mühasirəyə alındığını, zavoda çox sayda təcili tibi yardım maşınlarının cəlb olunduğunu yazıblar.
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü