“Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxı 2 fevraldan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.
Kult.az xəbər verir ki, kinoalmanax “Sizə məktub var...”, “Arxa cəbhə” və “Hasar” adlı 3 qısametrajlı filmdən ibarətdir.
Filmlərin rejissorları Məzahir Həşimov, Gülay Babayeva və Qulu Əsgərovdur. Əsas rollarda Əli Əliyev, Dəniz Tacəddin, Kəmalə Piriyevа, Niyaz Qasımov, Vidadi Həsənov, Leyli Vəliyeva, Nurlan Süleymanlı, Əlibala Əsgərov çəkilib.
Qeyd edək ki, filmin kinoteatr nümayişindən əldə edilən gəlir YAŞAT Fonduna ianə ediləcək.
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video