Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun Rusiya Prezidenti Vladimir Putinin müharibədən əvvəl onunla söhbətində Londonu təhdid etməsi ilə bağlı açıqlaması həqiqətə uyğun deyil.
BUTA.TV xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, cənab Consonun dedikləri doğru deyil. Daha doğrusu, yalandır”, - o bildirib.
Peskov qeyd edib ki, Conson qəsdən yalan danışa bilər:
“Amma o da ola bilər ki, keçmiş baş nazir Putinin ona nə dediyini düzgün başa düşməyib. Buna görə də anlaşılmazlıq, çaşqınlıq yaranıb”.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı