Xankəndidəki separatçıların lideri Araik Arutyunyanla digər baş terrorçu Ruben Vardanyan arasında vəziyyət gərgin olaraq qalır.
BUTA.TV Globalinfo.az istinadla xəbər verir ki, onlar arasındakı münasibətin dözülməz həddə çatdığını bildirilir.
Erməni mediası isə daha bir sensasion iddia ilə çıxış edib. Məlumata görə, Araik Arutyunyan dünən Rusiya sülhməramlıları vasitəsilə Xankəndini tərk edərək, Ermənistana gedib, buradan isə Moskvaya uçub.
Arutyunyanın səfərində əsas məqsədin Vardanyanla yaranmış problemin siyasi həllini axtarmaq olduğu vurğulanıb.
Erməni mətbuatı Arutyunyanın Rusiyadan qondarma rejimdə növbədənkənar “seçki” keçirilməsini və Vardanyanla özü arasında seçim edilməsini istəyəcəyini bildirib. Araikin fikrincə, Vardanyan Xankəndidə qaldıqca Laçın yolu ilə bağlı məsələ həll edilməyəcək.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı