Sumqayıt şəhər sakinləri ərazidə sahibsiz itlərə nəzarət olunmamasından şikayətçidir.
Bu barədə BUTA.TV-a daxil olan müraciətdə bildirilib ki, yerli icra tərəfindən bir neçə ay əvvəl məsələnin həll olunacağı deyilsə də, problem hələ də qalmaqdadır.
Şikayətçilərin sözlərinə görə, əvvəllər itlərin səs-küyündən gecə yatmaq, küçəyə rahat çıxmaq olmurdu. Ancaq indi həm də gündüz vaxtı itlərin bir-birinə və gəlib-gedən insanlara hürüşməsindən sakitlik yoxdur. Üstəlik, ərazidəki sahibsiz itlər insanlara xəsarət yetirir. Hətta bir azyaşlı itdən qorxduğundan, digəri isə it tutmasından həyatını itirib.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən problemlə bağlı sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı artıq tapşırıq verilib:
“Sumqayıt şəhərində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə davamlı olaraq sahibsiz itlərin götürülməsi və ərazidən uzaqlaşdırılması işləri həyata keçirilir. Şəhər ərazisində sahibsiz itlərin yarada biləcəyi təhlükə nəzərə alınaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün tapşırıq verilib”.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı