Türkiyənin Kastamonu vilayətində cənazə daşıyan maşın qəzaya düşüb.
BUTA.TV xəbər verir ki, qəza vaxtı maşında dəfnə aparılan cənazə, rəhmətə gedən şəxsin 14 nəfər qohumu, sürücü və bir nəfər bələdiyyə işçisi olub.
Xəsarət alanların xəstəxanaya çatdırılması üçün hadisə yerinə bir neçə təcili tibbi yardım maşını çağırılıb. İki nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Qəza səbəbindən yolda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.
Yol nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar davam edir.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı