Dəmir Qübbə kiçik obyektləri sabit trayektoriyaya malik kifayət qədər primitiv ballistik raketlərdən qorumaq üçün nəzərdə tutulub. Onlar döyüş meydanında raketlərin qarşısını almaq üçün uyğun deyil. Bu sistemlər döyüş hissələrini və cəbhənin sektorlarını əhatə etmək üçün istifadə edilmir. Onlar Ukraynadakı döyüş reallığı üçün tamamilə yararsızdır.
BUTA.TV xəbər verir ki, bunu İsrailin “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yakov Kedmi deyib.
“Bizdə boş komplekslər yoxdur. Onlar istehsal edilməlidir və bu, vaxt tələb edir. Düşünmürəm ki, Benyamin Netanyahu (İsrailin Baş naziri) Ukrayna üçün yararsız silahları tədarük edib, bu tip silahları gözdən salsın. O, Rusiya ilə münasibətləri də gərginləşdirmək istəməz”, - o bildirib.
Qeyd edək ki, Ukraynada münaqişə başlayandan Kiyev Təl-Əvivi aktiv şəkildə silah tədarükünə başlamağa çağırır.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı