Hicaba riayət etməyənlərin şəxsiyyət vəsiqəsi bloklanacaq və onlara sosial xidmətlərin göstərilməsi dayandırılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə İran parlamentinin nümayəndəsi, İslam Şurasının Məhkəmə Komissiyasının rəhbəri Musa Qəzənfərabadi məlumat verib.
“Hicaba riayət etməyənlərin şəxsiyyət vəsiqəsinin bloklanmasıyla bağlı plan hazırlanır. Bu planın əsas məqsədi sosial təzyiqləri artırmaq və təsdiq edilmiş geyimlərə riayət etməyənləri sosial xidmətlərdən məhrum etməkdir. Hicab taxmamaqda israrlı olanlar cərimələnəcəklər. Cəriməni ödəməyənlərin şəxsiyyət vəsiqəsi bloklanacaq və daha sonra bank sistemindən istifadə imkanları kimi sosial xidmətlərdən məhrum ediləcəklər”, - Qəzənfərabadi bildirib.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı