Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Türkiyədə baş vermiş şiddətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatına görə kədərləndiyini bildirib.
BUTA.TV xəbər verir ki, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Papa Fransisk adından Türkiyədəki apostol nunsisi arxiyepiskop Marek Solçinskiyə məktub ünvanlayıb.
Roma Papası məktubunda zəlzələ nəticəsində bütün zərər çəkənlərə mənəvi yaxınlığını ifadə edib, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Papa Fransisk yaralıların qayğısına qalanlara və davam edən xilasetmə işlərində mətanət və əzmlə iştirak edənlərə dəstəyini ifadə edib.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı