Həmişəki kimi, ötən gün də Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət ediblər.
BUTA.TV xəbər verir ki, fevralın 6-da Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 68 təminat-təchizat və minik avtomobili maneəsiz keçib. Bundan əlavə, BQXK-yə məxsus 6 minik avtomobili səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə həmin nəqliyyat vasitələri geri dönüb.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı