Ukraynın Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviçin Ukraynadan Cənubi Koreya “yaradılacağı” ilə bağlı söyləntiləri siyasi yuxuya bənzəyir.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov Teleqram kanalında yazıb.
“Həyat səviyyəsi və inkişaf baxımından Ukraynadan heç vaxt Cənubi Koreya çıxmayacaq. Bu, gələcək sistemdə öz yerlərini axtaran insanların ukraynalılara təklif etdiyi bir növ yeni siyasi yuxu, post-maydan arzusudur. Bütün münasibətlərdə Cənubi Koreya ilə bənzətmə heç bir meyara sığmır. Boşdur”, - deyə o bildirib.
Qeyd edək ki, A.Arestoviç konfliktin bitməsindən sonra Ukraynada qalan ərazidə Qərbin Cənubi Koreya yaratmaq planlarının olduğunu açıqlamışdı.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı