Türkiyənin sevilən müğənnisi Mahsun Qırmızıgülün fevralın 12-nə təyin edilən Bakı konserti qeyri-müəyyən müddətə təxirə salınıb.
Kult.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, buna səbəb Türkiyədə baş verən güclü zəlzələ olub.
Məsələ ilə əlaqədar açıqlama verən müğənninin meneceri konsertin təxirə düşməsini təsdiqləyib:
"Bir saata kimi rəsmi məlumat yayılacaq. Türkiyədə zəlzələ olub, insanlar ölüb, yaralanıb, qəm içindəyik”.
Qeyd edək ki, müğənni Mahsun Qırmızıgül 17 ildən sonra Bakıda solo konsert proqramı ilə çıxış etməli idi. Bakı Konqress Mərkəzinə təyin olunan konsertin biletləri 55-550 manat aralığında satılırdı.
- NK bu səlahiyyətindən məhrum ola bilər
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb