Türkiyənin cənubunda baş verən zəlzələ litosfer plitələrinin üç metrə qədər yerdəyişməsinə gətirib çıxaran geoloji dəyişikliyə səbəb olub.
BUTA.TV xəbər verir ki, bunu İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun prezidenti Karlo Doloni deyib.
“Ərəbistan plitəsi Anadolu plitəsinə tərəf təxminən 3 metr irəliləyib. Söhbət Ərəbistan və Anadolu plitələri arasındakı sərhəd zonasında yerləşən bir strukturdan gedir. Türkiyə sanki cənub-qərbə istiqamətlənib”, - Doloni bildirib.
Onun sözlərinə görə, sınmanın ümumi ölçüsü ən azı 150 kilometr təşkil edib:
“Hər şey bir neçə on saniyə ərzində baş verdi”.
- Deputat tərəfindən döydürüldüyü deyilən şəxs işdən çıxdı
- Səhər saatlarında Bakıda obyektdə partlayış oldu - Video
- İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək
- Bu şəhərdə işıq olmayacaq
- İranlı nazir Bakıya gəldi
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...