Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Qəhrəmanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
BUTA.TV-ın xəbərinə görə, FHN-in xilasediciləri Azərbaycan bulvarı küçəsindəki binaların birində dağıntılar altında qalmış orta yaşlı qadını sağ çıxarıb.
Daha sonra o, aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirilir.
Qeyd edək ki, gün ərzində Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından ümumilikdə 7 nəfərin meyiti və bir neçə şəxs sağ çıxarılıb.
- NK bu səlahiyyətindən məhrum ola bilər
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb