Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edir.
Bu barədə BUTA.TV “SOCAR Türkiyə”yə istinadən xəbər verir.
Qeyd olunub ki, şirkət zəlzələ bölgəsində yaşayan Azərbaycan vətəndaşlarının təxliyyəsi çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyinə dəstək göstərir.
Bundan başqa “SOCAR Türkiyə” AFAD-a 6,4 milyon lira məbləğində əsas tələbat malları təhvil verib, 3,5 milyon lira isə bağışlayıb, Miqrasiya İdarəsi Müdirliyinin göstərişi ilə bölgəyə çatdırılacaq 500 min lira dəyərində materialı təmin edib.
- Deputat tərəfindən döydürüldüyü deyilən şəxs işdən çıxdı
- Səhər saatlarında Bakıda obyektdə partlayış oldu - Video
- İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək
- Bu şəhərdə işıq olmayacaq
- İranlı nazir Bakıya gəldi
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...