Zəlzələ bölgəsindəki dağıntıların görüntülərindən yaranan emosional sarsıntıya görə bir çoxları sui-qəsd nəzəriyyələrinə və əsassız ittihamlara qapıldılar.
BUTA.TV xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Türkiyədə 6 fevralda böyük tələfat və dağıntılara səbəb olan dəhşətli zəlzələlərin süni şəkildə yaradıldığı haqda irəli sürülən ehtimallar haqqında deyib.
“Bəşəriyyət 17 km dərinlikdə yüzlərlə nüvə bombasının gücünə bərabər partlayış təşkil edə biləcək texnologiyaya malik deyil. Nəinki episentrdəki müasir evlər, hətta təxminən 2 min il əvvəl tikilmiş Roma qalası belə fəlakətin təsirinə tab gətirə bilmədi. Görünür, insanlar öz qüdrətlərinə o qədər inanırlar ki, reallığı qəbul etməkdən imtina edirlər”, - politoloq bildirib.
Qeyd edək ki, 6 fevralda baş verən 7,4 və 7,7 ballıq zəlzələlər nəticəsində qardaş ölkədə, son məlumata görə, 6234 nəfər ölüb, 37 mindən çox insan yaralanıb.
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək