Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə “Təzə Pir” məscid kompleksinə rəis təyin edib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, QMİ-nin İrandakı nümayəndəsi Hacı Şamil Rəsulov "Təzə Pir” məscid kompleksinin rəisi təyin olunub.
Qeyd edək ki, Şamil Rəsulov 2014-cü ildə QMİ Qazılar Şurasının üzvü, Fətva şöbəsinin müdir müavini vəzifəsindən azad olunaraq, idarənin İranda nümayəndəsi təyin olunmuşdu.
Xatırladaq ki, "Təzə Pir” məscid kompleksinin rəisi Hacı Hatəm Mirzəyev 08.11.2022-ci ildə 65 yaşında dünyasını dəyişib.
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək