Məşhur meyxanaçı Balaəli Maştağalının yol hərəkəti qaydalarını pozmasına dair görüntülər yayılıb.
“BUTA.TV” xəbər verir ki, görüntülərdə onun “Range Rover” markalı avtomobili yolun hərəkət hissəsində saxlayaraq mağazaya getdiyi, arxada gələn avtobusa maneə törətdiyi görünür. Məlumata görə, hadisə Qara Qarayev prospektində olub. Onun bu hərəkəti sosial şəbəkədə qınaq obyektinə çevrilib.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, meyxanaçının bu hərəkəti məsuliyyətsizlikdir: “Cəmiyyətdə tanınan şəxslər nümunəvi hərəkət etməlidir ki, digər insanlara məsuliyyətli olmağı aşılasın. Avtobusda gözləyənlər də insandır, onu yersiz gözlətdirən də. Qanun isə hamıya bərabər hüquqlar verib. Bu əmələ görə 20 manat cərimə nəzərdə tutulub. Bəlkə də Balaəli üçün bu elə də böyük məbləğ deyil. Amma azı 80 adamı yolda gözlətmək və arxada sıxlıq yaratmaq, kimlərinsə həyatını çətinləşdirmək isə cərimə ilə yox, ictimai məsuliyyətlə ödəniləcək mənəvi öhdəlikdir”.
Polis mayoru bu kimi hadisələrin Bakıda adətən restoranların qarşısında yaşandığını bildirib: “Restoranların qarşısında bahalı avtomobillər gəlib qanunsuz parklanma edir. Polis əməkdaşları onları qeydə alıb protokol tərtib edəndə isə, “20 manatdır da, çəkirsən çək” deyir. Təbii ki, bu arzuolunmaz haldır, cəmiyyətin sosial cəhətdən aşağı təbəqəsini qıcıqlandırmaqdır”
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək