Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Azərbaycandan sülh müqaviləsi ilə bağlı daha bir təklif aldığını açıqlayıb. O, İrəvanın hazırda həmin müqaviləyə baxdığını və onun üzərində işlədiyini vurğuladı. Lakin Mirzoyan yeni təklifləri kimlər vasitəsilə aldığını dəqiqləşdirmədi. Əlbəttə, bu çox vacib məlumatdır. Aydın olur ki, birbaşa görüşlərin olmamasına baxmayaraq, İrəvanla Bakı arasında hələ də məsafədən iş gedir. Tərəflər bir-birinə təkliflər, təklifə cavablar və əks təkliflər göndərirlər. Eyni zamanda, ABŞ, AB və Rusiya Ermənistanla Azərbaycan arasında danışıqlar platforması olmağa hazır olduğunu bildirir.
BUTA.TV xəbər verir ki, bunu erməni analitiki Akop Badalyan deyib.
“Əslində, Azərbaycan və Ermənistan razılaşır, amma üz-üzə deyil. Yəqin ki, üz-üzə formatın olmaması İrəvan və Bakının ən azı bir ümumi məqsədi ilə bağlıdır: danışıqları üçüncü tərəfin himayəsi altında aparmamaq. Onlar danışıqlar üçün platforma, mərkəz və ya vasitəçi seçməkdən yayınmaq istəyir. Həm qlobal miqyasda, həm də Qafqaz uğrunda gərgin rəqabət olduğundan, Ermənistan və Azərbaycan üçün platforma və ya vasitəçi seçimi başağrısına çevrilə bilər. İrəvan və Bakının ən azı bu mövzuda ortaq motivi ola bilər. Ona görə də onlar məsafədən, belə desək, “transferlərlə” oynayaraq məsələləri müzakirə edirlər”, - o bildirib.
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək