“Şərur” MTK-nın sədri, tanınmış iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) Türkiyədə yeni tikilən çoxmərtəbəli binaların zəlzələ zamanı çökməsindən sonra Azərbaycandakı binaların da zəlzələyə dayanıqlılığının olmaması barədə səslənən fikirlərə münasibət bildirib.
BUTA.TVxəbər verir ki, o, açıqlamasında vətəndaşların narahatlığına heç bir əsas olmadığını deyib:
“Təkcə bizim şirkətə yox, Fövqəladə Hallar Nazirliyi yaranandan sonra Azərbaycanda tikilən bütün tikililərə cavab verə bilərəm. Çünki güclü nəzarət var. Biz Türkiyədə də binalar tikirik. Türkiyədə binaların tikintisində armaturu bizimkindən 70% aşağı edirlər. Onlarda proqram tamamilə fərqlidir. Ona görə də Azərbaycandakı binalar Türkiyədəkindən çox keyfiyyətlidir.
Sovet hökuməti vaxtı tikilənlər də, indikilər də həm keyfiyyətli, həm də çox dözümlüdür. Zəlzələ də olsa, heç birinə heç nə olası deyil”.
İ. Axundov Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin “2019-cu ilə qədər aparılan inşaat işlərində bizə müraciət olunurdu, lakin indi müraciət yoxdur” deməsinə də münasibət bildirib:
“Biz Fövqəladə Hallar Nazirliyinə müraciət edirik. Geoloji araşdırmalar aparılır, buna uyğun olaraq bütün işlər yerinə yetirilir”.İ
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək