İstanbul Birjası ticarəti müvəqqəti dayandırmaq qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
“Fond bazarlarında, törəmə fond indekslərində və törəmə alətlər bazarında əməliyyatların müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul edilib”, - məlumatda bildirilir.
Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə güclü zəlzələlər baş verib. Son məlumata görə, zəlzələ nəticəsində 7108 nəfər həlak olub,40 mindən çox insan xəsarət alıb. Ümumilikdə dağıntılar altından 7840 nəfər xilas edilib. Ölkədə 7 günlük matəm elan edilib.
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək