Bakı şəhərində çoxmərtəbəli yaşayış evlərini 3 mərhələyə bölmək lazımdır. İlk mərhələdə Sovetlər dövründə tikilən “stalinka”lar, “xruşşovka”lar və Sovetlər Birliyi tənəzzülə uğrayandan sonra korporativlərin hazır betondan istifadə ilə inşa etdiyi daş evlərdir. Bu binaların güclü zəlzələlərə davamlılığı zəifdir. Üstəlik sonrakı dövrlərdə insanlar sözügedən binalara əlavə eyvanlar, otaqlar, hətta üstünə mərtəbə də inşa ediblər. Lakin həmin binalar bu qədər yükdaşıma qabiliyyətinə malik deyil.
Bu sözləri BUTA.TV-a açıqlamasında memar Cahid Həsənov deyib.
Memar bildirib ki, son 10-15 ildə tikilən binalar Fövqəladə Hallar Nazirliyinin sərtləşdirilmiş qaydaları ilə hazırlanıb:
“Beləliklə, hər hansı binanın hündürlüyü, betonun içində olan armaturların sayı, həcmi, diametri, onların bağlantılarının qaydaları təsdiq olunandan sonra bu iş daha da gücləndirildi.
Ancaq unutmayaq ki, müstəqilliyin ilk illərində bu məsələlərə rəsmi nəzarət edən qurumların olmaması 6-7 mərtəbə üçün sərəncam alan şirkətlərin özbaşına olaraq binaya əlavə 2-3 mərtəbə də artırmasına gətirib çıxarıb”.
C.Həsənov, həmçinin, binaların məsafəli tikilməsinin önəmli olduğunu vurğulayıb:
“İstər sürüşmə zolaqlarında, istərsə də sürüşmə zolaqları olmayan ərazilərdə hündürmərtəbəli binaların sıx formada tikilməsi yolverilməzdir. Ancaq hazırda bəzi binaların həyətində təbii fəlakətlər və yanğın zamanı insanların qəza yerindən çıxarılması üçün böyük maneələr var. Bu da xüsusi təcili yardım və yanğınsöndürən maşınların əraziyə girməsinə çətinlik yaradır və böyük fəsadlara səbəb ola bilər”.
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb
- Ötən həftə 593 yanğın oldu, 37 nəfər xilas edildi