Göyçayda yol qəzası baş verib.
BUTA.TV xəbər verir ki, hadisə günorta saatlarında Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb. İlkin məlumata görə, rayonun Mallı-Şıxlı kənd sakini, 54 yaşlı Fəxrəddin Xəlilov idarə etdiyi VAZ 2107 markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında qəflətən ürək tutmasından keçinib. Avtomobil yolun əks istiqamətində, küçənin kənarında dayanmış Göyçay şəhər sakini, 52 yaşlı İsmixan Mehdiyevə məxsus VAZ 2109 markalı avtomobilə çırpılıb. Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.
Dünyasını dəyişən Fəxrəddin Xəlilov yaxınlıqdakı insanların köməyi ilə əzilmiş avtomobildən çıxarılaraq rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb
- Ötən həftə 593 yanğın oldu, 37 nəfər xilas edildi