Naxçıvandan Türkiyəyə ilkin olaraq 12 TIR yola düşüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, zəlzələdən əziyyət çəkən Türkiyə vətəndaşlarına dəstək məqsədilə bu gün axşam saatlarında muxtar respublika sakinləri və Əlahiddə Ümumqoşun ordu tərəfindən təşkil edilən humanitar yardımdan ibarət 12 TIR Naxçıvandan Türkiyəyə yola salınıb.
Daha bir neçə humanitar yardımdan ibarət TIR avtomobillərinin yola salınması istiqamətində isə hazırlıq işləri görülür.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, 12 iritutumlu avtomobillərdəki yardımlar əsasən çox ehtiyac duyulan avadanlıqlardır. Buraya 525 çadır, 423 yataq dəsti, 5000-dən artıq əldə toxunan yun corab, minlərlə ayaqqabı, isti yataq dəstləri, yorğan-döşək dəsti daxildir.
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək