Ötən gün axşam saatlarından başlayaraq Şuşa şəhərinə yağan qar davam edir və hazırda havanın temperaturu -3 dərəcədir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, şəhər ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yolların qardan təmizlənməsi işləri axşam saatlarında da davam etdirilir.
Belə ki, küçə və prospektlərdə səhər saatlarından etibarən iş aparılır, yollar texnika vasitəsilə qardan təmizlənir.
Gün ərzində təmizləmə işləri davam etdirildiyi üçün hazırda yollarda avtomobillərin hərəkəti üçün problem və çətinlik müşahidə olunmur.
Avtomobillərin hərəkəti normal şəkildə davam edir.
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək