Avropada Ermənistana tərs baxmağa başlayıblar. Və bu, təkcə Avropada deyil, həm də İranda, Rusiyada və ABŞ-da da hiss olunur.
BUTA.TV xəbər verir ki, bunu “Daşnaksütyun” partiyasının üzvü Artur Xaçatryan deyib.
“Ermənistanla Rusiya arasında münasibətlər heç vaxt bu qədər gərgin olmayıb. Hətta indiki hakimiyyət də bu faktı gizlətmir. Rusiya xarici işlər naziri Sergey Lavrovun son bəyanatı isə bunun əyani təsdiqidir. KTMT ilə problemlərin yarandığını və Rusiya ilə münasibətlərin isə əla olmasına dair illüziya yaratmağa ehtiyac yoxdur”, - o bildirib.
Xaçatryanın fikrincə, ABŞ Dövlət Departamentinin Ermənistandakı korrupsiyanın investisiyalara mane olması ilə bağlı açıqlamaları da təsadüfi deyil.
- Bakcell Qarabağ Universitetində tələbələrlə görüş keçirdi
- Sabah intensiv yağış yağacaq
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı