Hatayda baş verən 6,4 və 5,8 bal gücündə zəlzələlərdən sonra dəniz səviyyəsinin qalxması riskinə qarşı sahil zolağından uzaq durmaq barədə xəbərdarlıq edilib.
BUTA.TV xəbər verir ki, bu barədə AFAD tərəfindən xəbərdarlıq edilib.
“Hatayın Dəfnə rayonunda 6,4, Samandağ rayonunda isə 5,8 bal gücündə iki zəlzələ olub. Vətəndaşlarımızın dəniz səviyyəsinin 50 santimetrə qədər qalxması riskinə qarşı ehtiyat tədbiri olaraq sahil zolağından uzaq durmaları vacibdir”, - xəbərdarlıqda bildirilib.
Qeyd edək ki, daha öncə Hatay şəhərində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı elan olunub.
- Novruz çərşənbələri ilə bağlı əhaliyə xəbərdarlıq - Video
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA
- Həbsdə olan jurnalistin ailəsində daha bir faciə
- Hacı Qalibin obyekti tam olaraq dağıdıldı - VİDEO
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq