Şərqi Avropada və bütün Avroatlantik məkanda davamlı sülhün bərqərar olması üçün bir neçə şərt var. Onlardan biri Rusiyanın transformasiyasıdır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna XİN rəhbəri Dmitri Kuleba deyib.
“Regionda və bütün Avroatlantik məkanda davamlı sülhü təmin etmək üçün nə etmək lazımdır? Bu sualın iki cavabı var. Birincisi, Ukrayna AB və NATO-ya üzv olmalıdır. İkincisi, Rusiya dəyişməlidir. Və burada ən maraqlı müzakirə Rusiyanın necə olacağı ilə bağlıdır”, - nazir bildirib.
Onun sözlərinə görə, dəyişiklikləri kənardan başqa dövlətlər təşkil etməli deyil:
"Düşünürəm ki, ruslar özləri normal həyata qayıtmaq üçün nəyi dəyişdirmək lazım olduğunu düşünməlidirlər. Rusiya təhlükə olmaqdan çıxanda davamlı sülh mümkün olacaq".
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA