Rusiya Federasiyasının Dərbənd şəhərində ciu-citsu döyüşü və kimano ilə qrapplinq yarışları üzrə dəfələrlə dünya çempionu olmuş soydaşımız Vidadi Mərdanov qətlə yetirilib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, cinayət hadisəsi Dərbənd şəhərinin Qaqarin küçəsində baş verib.
Belə ki, Vidadi Mərdanov bir neçə şəxs tərəfindən söhbətə dəvət edilib.
Evindən küçəyə çıxan idmançıya odlu silahdan atəş açılıb.
Hüquq-mühafizə orqanları hücum edənlərin şəxsiyyətini müəyyən edə bilsələr də, onları saxlayıb istintaqa cəlb etmək hələlik mümkün olmayıb.
Axtarışlar davam etdirilir.
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA