Tovuzda 60 yaşlı qadının meyiti kənd ərazisindəki dərədən tapılıb.
BUTA.TV xəbər verir ki, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Kənd sakini Valya Hüseynovanın cansız bədəni kənd sakinləri tərəfindən aşkarlanıb.
Mərhumun ailə üzvləri bildiriblər ki, qadın üç gün idi evdən çıxmış və geri qayıtmamışdı. Onun itkin düşməsi ilə bağlı polisə də məlumat verilib.
Hadisə yerinə Tovuz rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.
Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA