Beynəlxalq Ana Dili Günü tədbirləri ilə eyni vaxtda Urmiya şəhərində Azərbaycan dilində səhnəyə qoyulan "Ədalət nümayişi" tamaşası azərbaycanlılar tərəfindən coşqu ilə qarşılanıb.
BUTA.TV xəbər verir ki, güneylilərin Azərbaycan dilində tamaşaya baxmaq üçün axın etməsi rəsmilərin narahatlığına səbəb olub.
Onlar çox saylı müraciətlərə baxmayaraq, tamaşanın nümayişinin müddətinin uzadılmasına icazə verməyiblər.
Qeyd edək i, Əsgər Abidinin (İlqar) ssenari müəllifi və rejissoru olduğu “Ədalət nümayişi” tamaşası Azərbaycan dilində Urmiya şəhərinin Mədəniyyət və İncəsənət Kompleksində səhnələşdirilib.
- Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür - ADY
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü