Paytaxt ərazisində tıxacın azaldılması, xaotik vəziyyətin aradan qaldırılması və vətəndaş məmnuniyyətinin təmin olunması məqsədilə Bakının müxtəlif yerlərində, xüsusən də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ətrafında taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıları uyğun məkana cəlb etmək üçün BBAK ərazisində “Minik taksiləri üçün duracaq yer” müəyyənləşib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Nəqliyyat Qovşağında ayrılmış sahədə 200-dək taksi minik nəqliyyat vasitəsinin fəaliyyəti üçün şərait yaradılıb:
“Taksi avtomobilləri tam ödənişsiz şəkildə ərazidən istifadə edə bilirlər. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında yolda dayanan, hərəkətə mane olan, sərnişinlər üçün təhlükəli yerlərdə fəaliyyət göstərən taksilərə qarşı isə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülür.
Xatırladaq ki, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən daşıyıcı sifariş gözləyərkən taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş “Minik taksilərinin duracaq yeri” yol nişanı ilə işarələnmiş duracaq yerlərindən istifadə etməlidir.
Hazırda Bakı Taksi Xidmətinin nəqliyyat vasitələri taksilər üçün duracaq yerindən istifadə edirlər".
Qeyd edək ki, paytaxtın 20 Yanvar dairəsi, “Şamaxinka” adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən və pərakəndə şəkildə rayonlara sərnişin daşıyan taksilər üçün Bakı Beynəxalq Avtovağzal Kompleksində ödənişsiz duracaq yeri təşkil edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıların vahid mərkəzə cəlb edilməsi, vətəndaş məmnunluğu və təhlükəsizliyi, müxtəlif ərazilərdə tıxacların azaldılması üçün sürücü və sərnişinlərin belə duracaqlarından istifadəsi zəruridir.
- Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür - ADY
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü