Hazırda AZAL-ın təyyarə parkını müxtəlif növlərdən ibarət 29 hava gəmisi təşkil edir və təyyarələrin orta yaşı 11-dir. Bu da istər təyyarələrin saxlanılması, istərsə də təyyarələrə xidmət göstərən işçi heyətin hazırlanması baxımından xərclərin çox olmasına gətirib çıxarır.
BUTA.TV xəbər verir ki, bunu Azərtac-a müsahibəsində “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev bildirib.
“Bu xərclərdən qurtulmaq üçün biz Strateji İnkişaf Planımızda da 2030-cu ilədək parkımızda yalnız 2 növ hava gəmisinin saxlanmasını nəzərdə tuturuq. Parkımız dar gövdəli hava gəmiləri üzrə yalnız “Airbus A320 Neo” sinfi, genişgövdəli hava gəmiləri isə “Boeing 787 Dreamliner” tipli hava gəmilərindən ibarət olacaqdır”, - deyə Samir Rzayev vurğulayıb.
- Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür - ADY
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü