Son vaxtlar 100 manatlıq əsginasların saxtalaşdırılması halları artıb.
Mərkəzi Bankın açıqlamasına görə, ötən il əsginasların saxtalaşdırılmasına dair 452 faktdan 323-ü məhz 100 manatlıq əsginaslarla bağlı olub. Ümumilikdə isə, Azərbaycanda tədavüldə olan hər 660 min əsas nağd pul nişanına 1 ədəd saxta pul nişanı düşür. Bu da beynəlxalq təcrübə ilə müqayisədə aşağı göstəricidir.
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, pulları təhlükəsiz edən onların mühafizə elementləridir. Məhz bu yolla saxta pulu orijinalından asanlıqla seçmək mümkündür. Bank mütəxəssisi Ramil Məmmədov deyir ki, vətəndaşlar saxta əsginaslar ilə üzləşdikdə istənilən bankın filiallarına yaxınlaşıb onu təhvil verə bilərlər. Saxtakarlıq halı öz təsdiqini taparsa, fakt aktlaşdırılır və saxta əsginas Mərkəzi Banka göndərilir. Amma saxta pulun əvəzinə vətəndaşa orijinal pul verilmir.
- Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür - ADY
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü