Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov zəlzələ nəticəsində yaralanan və Ankara Universiteti Tibb fakültəsi Cebeci Araşdırma və Tətbiq Xəstəxanasında müalicə alan uşaqlara baş çəkib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.
Bildirilib ki, səfir Ankara Universitetinin rektoru Necdet Ünüvarın müşayəti ilə Aleyna Ölmez, Hülyasu Kısa, Feyza Nur Yakar, Miraç Eren Döner, Ayça Çepni və Zeynep Küçüklerin səhhəti ilə maraqlanıb.
Necdet Ünüvar Azərbaycan səfirinə uşaqların müalicəsi barədə məlumat verib.
Səfir uşaqlara hədiyyələr təqdim etdikdən sonra onlarla və yaxınları ilə söhbət edib, xoş arzularını çatdırıb, xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.
Səfir bəyan edib ki, Türkiyə heç vaxt tək deyil:
“Azərbaycan dövləti və xalqı hər zaman qardaşlarımızın yanındadır. Azərbaycan bundan sonra da zəlzələnin yaralarının sağalması üçün əlindən gələni edəcək”.
- Azərbaycanda yeni agentlik yaradıldı
- Bakıda bu avtobus da yenilənir: Gediş haqqı...
- Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 43 nəfər...
- Sahil Babayev dövlət qurumlarında yoxlamalar aparacaq
- Xətai İH-də şəhid ailələri ilə görüş keçirildi - Foto
- “Velotrek”də “yanğın” – FHN hərəkətə keçdi - Video
- Hökumənin atasının kartından oğurluq edənə hökm oxundu
- Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu