Məsələ Ermənistanın KTMT-dən çıxıb-çıxmayacağından yox, KTMT-nin Ermənistanı tərk edib-etməməsindən gedir. KTMT Ermənistanın sərhədlərini tanımır. Bu, ciddi problemdir, çünki sərhəd yoxdursa, deməli, məsuliyyət sahəsi də yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Faktor TV-yə müsahibəsində deyib.
Qriqoryan Ermənistanın sərhədlərin tanınması məsələsində Almatı bəyannaməsinin əsas götürdüyünü bildirib:
“Biz bu məsələni qaldırdıq, lakin o, hələ də öz həllini tapmayıb. Ümid edirik ki, həll yolu var. Ancaq bu, sərhəd tanınmadan mümkün deyil. Niyə Ermənistan demarkasiya və digər məsələlər üçün Almatı bəyannaməsini əsas kimi qəbul etdi? Bu sənədə əsasən, keçmiş sovet respublikalarının inzibati sərhədləri dövlət sərhədləri kimi tanınır. Bu o deməkdir ki, Ermənistanla sərhəd var, bəlkə də metrinə qədər deyil, amma bu, artıq demarkasiya məsələsidir. Ermənistanın 29,8 min kvadrat kilometr ərazisinin olduğu məlumdur. Əgər iradə varsa, onu qorumaq olar. Amma iradənin olmaması Ermənistanı müdafiə etməyi mümkünsüz edir”.
Qriqoryan Azərbaycanı sərhədləri tanımamaqda ittiham edib:
“Bakı Ermənistandakı bəzi Azərbaycan kəndlərindən danışır (Ermənistanın işğalı altında olan 8 Azərbaycan kəndindən söhbət gedir - red.). Demək ki, onlar sərhədin olduğunu etiraf edirlər. Bu o deməkdir ki, onlar Ermənistanın 2021-2022-ci illərdə “işğal olunmuş” ərazilərini tərk etməlidirlər”.
- Azərbaycanda yeni agentlik yaradıldı
- Bakıda bu avtobus da yenilənir: Gediş haqqı...
- Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 43 nəfər...
- Sahil Babayev dövlət qurumlarında yoxlamalar aparacaq
- Xətai İH-də şəhid ailələri ilə görüş keçirildi - Foto
- “Velotrek”də “yanğın” – FHN hərəkətə keçdi - Video
- Hökumənin atasının kartından oğurluq edənə hökm oxundu
- Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu