Azərbaycanın rayonlarında gələn həftə ərzində hava şəraitinin dəyişkən, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, I proses aprelin 10-dan 12-si səhərədək, II proses isə 13-dən 14-ü gündüzədək davam edəcək. Əsasən şimal və qərb rayonlarında yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda aprelin 10-da 15-18 m/s, 13-də isə arabir 20-25 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.
- WUF13-ə hazırlıq prosesi üzrə media brifinq keçirildi
- FHN Zəngəzur Milli Parkında təlim keçirdi - Video
- İranla sərhəddə atəş açıldı: DSX hərəkətə keçdi - Foto
- Sabah Bakıya qar yağacaq
- Naxçıvanda mühüm vəzifə Fazil Məmmədova tapşırıldı
- Daşkəsən və Göygöldə aqrar inkişafa dəstək: yekun hesabat...
- Xəstəxanada əməliyyat: komissiya sədri saxlanıldı - Foto
- Mehdiyevin evindən 17 milyonu tapıldı, bu, 10 film deməkdir