İran 2016-cı ildə Səudiyyə Ərəbistanının edam etdiyi şiə din xadimi şeyx Nimr Bagir əl-Nimrinin xatirəsinə qoyduğu lövhəni yenidən söküb.
BUTA.TV xəbər verir ki, bu barədə İran mətbuatı məlumat verib.
Məlumata görə, buna səbəb Səudiyyə nümayəndə heyətinin Məşhədə səfəri olub. Bildirilib ki, ərəb nümayəndə heyətinin səfəri ərəfəsində Səudiyyənin Məşhəddəki konsulluğunun yerləşdiyi küçədəki löhvə götürülüb.
Lakin “Ayətulla Nimr” küçəsinin adının dəyişdirilməsi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Səudiyyə ərəbistanı şiə din xadimi şeyx Nimr Bagir əl-Nimrini edam etdikdən sonra İranla bu ölkə arasındakı münasibətlər kəskinləşmişdi.
- WUF13-ə hazırlıq prosesi üzrə media brifinq keçirildi
- FHN Zəngəzur Milli Parkında təlim keçirdi - Video
- İranla sərhəddə atəş açıldı: DSX hərəkətə keçdi - Foto
- Sabah Bakıya qar yağacaq
- Naxçıvanda mühüm vəzifə Fazil Məmmədova tapşırıldı
- Daşkəsən və Göygöldə aqrar inkişafa dəstək: yekun hesabat...
- Xəstəxanada əməliyyat: komissiya sədri saxlanıldı - Foto
- Mehdiyevin evindən 17 milyonu tapıldı, bu, 10 film deməkdir