Sumqayıtda quşçuluq müəssisəsinin tullantılarını kanala axıdan şirkət rəhbəri cərimələnib.
Bu barədə BUTA.TV-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, Sumqayıt şəhəri, 76-cı məhəllədə fəaliyyət göstərən quşçuluq müəssisəsində formalaşan tullantıların ərazidəki "Acıdərə" adlanan kanala atılması ilə bağlı quruma daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Araşdırma zamanı kanala axıdılan tullantıların yaxınlıqdakı Murad Aqro MMC quşçuluq təsərrüfatı müəssisəsinə aid olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib edilib və müəssisənin direktoru Maqsud Əlizadə vəzifəli şəxs qismində cərimə olunub.
Çatışmazlıqların aradan qaldırılması və istehsalat zamanı formalaşan tullantıların düzgün idarə olunması məqsədilə müəssisə rəhbərinə məcburi göstəriş verilib.
- WUF13-ə hazırlıq prosesi üzrə media brifinq keçirildi
- FHN Zəngəzur Milli Parkında təlim keçirdi - Video
- İranla sərhəddə atəş açıldı: DSX hərəkətə keçdi - Foto
- Sabah Bakıya qar yağacaq
- Naxçıvanda mühüm vəzifə Fazil Məmmədova tapşırıldı
- Daşkəsən və Göygöldə aqrar inkişafa dəstək: yekun hesabat...
- Xəstəxanada əməliyyat: komissiya sədri saxlanıldı - Foto
- Mehdiyevin evindən 17 milyonu tapıldı, bu, 10 film deməkdir