ABŞ Silahlı Qüvvələrinin strateji komandanlığı “Global Thunder” nüvə komandanlığı və nəzarəti üzrə illik təlimlərə başlayır.
BUTA.TV xəbər verir ki, bu barədə komandanlığın mətbuat xidməti məlumat yayıb.
“11 aprel 2023-cü ildə illik “Global Thunder” komanda və nəzarət təlimi başlayacaq. Təlimlərin əsas məqsədi nüvə qüvvələrinin hazırlığının və strateji çəkindirmə imkanlarının artırılmasının qiymətləndirilməsidir. Təlimdə ABŞ-ın əsas müttəfiqləri, o cümlədən Böyük Britaniya iştirak edəcək”, - məlumatda deyilir.
Qeyd olunur ki, bu cür təlimlər hər il keçirilir və hər hansı dövlətə qarşı deyil.
- Bu ərazilərə qar yağır
- Azərbaycanda güclü zəlzələ oldu
- Mart ayının havası: Bakıda 3 dərəcə şaxta...
- “Qanlı Ay” tutulması olacaq - Tarix
- Arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı çağırış
- Şamaxıdakı qətllə bağlı cinayət işi açıldı
- Rus ordusunda döyüşən Abbasov itkin düşdü - Foto
- Otelin ofisiantlarının ölümü: hökm oxundu