Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Formula 1" üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.
BŞH-dən BUTA.TV-a verilən məlumata görə, bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyevə küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın hərəkətinə bağlanacaq.
BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28 - 30 aprelə təsadüf edəcək.
- Bu ərazilərə qar yağır
- Azərbaycanda güclü zəlzələ oldu
- Mart ayının havası: Bakıda 3 dərəcə şaxta...
- “Qanlı Ay” tutulması olacaq - Tarix
- Arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı çağırış
- Şamaxıdakı qətllə bağlı cinayət işi açıldı
- Rus ordusunda döyüşən Abbasov itkin düşdü - Foto
- Otelin ofisiantlarının ölümü: hökm oxundu