Yanvar-mart aylarında Azərbaycandan qaz ixracı 11.2% artıb.
BUTA.TV xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Tvitter hesabında paylaşım edib.
O bildirib ki, sözügedən müddət ərzində Azərbaycandan Avropaya 2.9 mlrd. m3 çatdırılıb:
“Türkiyəyə 2.7 mlrd.m3, Gürcüstana isə 0.9 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 1.4 mlrd. m3 qazla təchiz edib”.
P.Şahbazov qeyd edib ki, operativ məlumatlara əsasən, ölkəmizdən neft-kondensat hasilatı 7.7 mln. ton, ixracı isə 6.4 mln. ton olub:
“Bu dövrdə 3% artımla hasil edilmiş 12.2 mlrd. m3 qazın 6.5 mlrd. m3-i ixrac olunub”.
- Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
- Bu ərazilərə qar yağır
- Azərbaycanda güclü zəlzələ oldu
- Mart ayının havası: Bakıda 3 dərəcə şaxta...
- “Qanlı Ay” tutulması olacaq - Tarix
- Arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı çağırış
- Şamaxıdakı qətllə bağlı cinayət işi açıldı
- Rus ordusunda döyüşən Abbasov itkin düşdü - Foto