Ermənistanın müdafiə naziri Suren Papikyan Brüsselə işgüzar səfərini yarımçıq kəsib və İrəvana qayıdır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan deyib.
Qeyd edək ki, Papikyan aprelin 10-da Belçikaya gedib. Bu gün isə ermənilər Dığ kəndi istiqamətindəki mövqelərindən Azərbaycan Ordusuna qarşı təxribat törədiblər. Nəticədə 3 hərbçimiz şəhid olub.
Ordumuzun cavab zərbələri nəticəsində Ermənistan MN 4 əsgərinin öldüyünü, 6-nın yaralandığını bildirir. Erməni sosial şəbəkə istifadəçiləri isə onlarla itki verdiklərini qeyd edirlər.
- Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
- Bu ərazilərə qar yağır
- Azərbaycanda güclü zəlzələ oldu
- Mart ayının havası: Bakıda 3 dərəcə şaxta...
- “Qanlı Ay” tutulması olacaq - Tarix
- Arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı çağırış
- Şamaxıdakı qətllə bağlı cinayət işi açıldı
- Rus ordusunda döyüşən Abbasov itkin düşdü - Foto