Pentaqonun məxfi sənədlərinin mediaya sızdırılması ABŞ hakimiyyəti tərəfindən planlaşdırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə ərəb əsilli siyasi ekspert Məhəmməd Seyid Əhməd deyib.
O, bu kimi məlumatların ABŞ-Ukrayna əlaqələrinə təsir etməyəcəyini bildirib:
“Pentaqondan sızan məlumatların Amerika hakimiyyəti tərəfindən öncədən planlaşdırıldığını düşünürəm, çünki Vaşinqton bu mövzularda olduqca həssasdır. Pentaqon ABŞ-ın ən güclü strukturlarından biridir. Yəni, ABŞ hakimiyyəti bu məlumat “sızıntı”larından xəbərdardır. Zelenskinin bu müharibə ilə heç bir əlaqəsinin olmadığını çox yaxşı bilirik”, - deyə ekspert bildirib.
Qeyd edək ki, Pentaqonun məxfi sənədlərində ABŞ-ın ən yaxın müttəfiqlərindən sayılan Misirin Rusiyaya 40 min raket göndərəcəyi bildirilirdi. Eyni zamanda, ABŞ-ın Zelenskini dinlədiyi də üzə çıxmışdı.
- Bu ərazilərə qar yağır
- Azərbaycanda güclü zəlzələ oldu
- Mart ayının havası: Bakıda 3 dərəcə şaxta...
- “Qanlı Ay” tutulması olacaq - Tarix
- Arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı çağırış
- Şamaxıdakı qətllə bağlı cinayət işi açıldı
- Rus ordusunda döyüşən Abbasov itkin düşdü - Foto
- Otelin ofisiantlarının ölümü: hökm oxundu