Masallı şəhər Bələdiyyəsinin sədri A.Baxışov cərimələnib.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə tədbirlər davam etdirilir.
Aprelin 11-də Masallı şəhəri ərazisində keçirilən belə tədbir zamanı su obyektlərinin mühafizəsi qaydalarının pozulması, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Masallı şəhər Bələdiyyəsinin sədri, şəhər sakini A.Baxışov barəsində protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
- Bu otelin fəaliyyəti qismən məhdudlaşdırıldı - Video
- Prezident bu ölkələrə səfir təyin etdi
- Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Gürcüstanda azərbaycanlı külli miqdarda heroinlə saxlanıldı
- Nazir direktoru işdən çıxardı - Yeni təyinat
- Daha bir avtobus yenilənir: Gediş haqqı...
- Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir
- Prezident fərman imzaladı