Ermənistan Azərbaycan-Ermənistan sərhəddində təxribatlar törətməklə iki əsas məqsəd güdürdü.
Bu sözlər BUTA.TV-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Laçın istiqamətində ermənilərin dünənki təxribatı haqda danışarkən bildirib.
“Məqsədlərinin biri İranı bu münaqişəyə cəlb etmək idi. İkincisi isə keçən ayın sonunda Ermənistanın Qarabağa daşınmaları həyata keçirdiyi əsas və köməkçi yollardan heç olmasa birini öz nəzarətinə götürməkdir. Lakin bu niyyətlərin heç biri baş tutmadı. Azərbaycan Ordusu Ermənistan tərəfinin təxribatlarına layiqli cavab verərək, onları geri çəkilməyə məcbur etdi”, - Verdiyev qeyd edib.
Ekspert vurğulayıb ki, Ermənistana son təlimatın İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşdə verildiyi də istisna edilmir.
- Bu otelin fəaliyyəti qismən məhdudlaşdırıldı - Video
- Prezident bu ölkələrə səfir təyin etdi
- Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Gürcüstanda azərbaycanlı külli miqdarda heroinlə saxlanıldı
- Nazir direktoru işdən çıxardı - Yeni təyinat
- Daha bir avtobus yenilənir: Gediş haqqı...
- Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir
- Prezident fərman imzaladı