Böyük Britaniya ukraynalı siyasətçi Viktor Medvedçukun arvadı Oksana Marçenkoya, rusiyalı biznesmen Vladimir Yevtuşenkovun arvadı Natalya Yevtuşenkova və onun uşaqları Feliks Yevtuşenkov və Tatyana Yevtuşenkovaya qarşı sanksiya tətbiq edib.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısında deyilir.
“Rusiyalı senator Süleyman Kərimovun qızı Gülnarə Kərimovaya Böyük Britaniyaya giriş qadağan edilib. Ona trast xidmətlərinin göstərilməsi, aktivlərin aşkar edildiyi təqdirdə dondurulmasını nəzərdə tutan məhdudiyyətlər tətbiq edilib. Həmçinin iş adamı Əlişir Usmanovla əlaqəli Rusiyanın “USM Holdings Limited” şirkəti də qara siyahıya salınıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, Kərimovla əlaqəsi olduğu iddia edilən İsveçrədə yaşayan rusiyalı Nəriman Hacıyev və Dövlət Dumasının deputatı Andrey Skoçun qızı Varvara Skoç barəsində də məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
- Bu otelin fəaliyyəti qismən məhdudlaşdırıldı - Video
- Prezident bu ölkələrə səfir təyin etdi
- Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Gürcüstanda azərbaycanlı külli miqdarda heroinlə saxlanıldı
- Nazir direktoru işdən çıxardı - Yeni təyinat
- Daha bir avtobus yenilənir: Gediş haqqı...
- Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir
- Prezident fərman imzaladı